İstanbul hava limanı mükafata layiq görülüb
Türkiyənin dünyaya açılan qapısı İstanbul hava limanı dünya miqyasında qazandığı mükafatlarla Türk havaçılığının qüruru olmaqda davam edir.
İstanbul hava limanı Londonda yerləşən beynəlxalq hava nəqliyyatı araşdırma şirkətı "Skytrax" tərəfindən "5 Ulduzlu Hava limanı" mükafatına layiq görülüb.
"Skytrax" aviasiya institutu tərəfindən "5 Ulduzlu Hava limanı" olaraq xarakterizə edilən İstanbul hava limanı eyni vaxtda dünyanın 5 ulduz ilə mükafatlandırılan ən böyük terminalına sahibdir.
"Skytrax" baş meneceri (CEO) Edvard Plaistedın sözlərinə görə mükafat, İstanbul hava limanında yüksək standartların olduğunun göstəricisidir. O həmçinin qeyd edib ki, İstanbul hava limanı 5 Ulduzlu "Covid-19" Hava limanı Təhlükəsizlik Reytinqini almaq haqqını qazanıb.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...
Fizika üzrə Nobel mükafatı laureatı vəfat etdi
Bu barədə Edinburq Universitetinin yaydığı bəyanatda bildirilib.