Göbeklitepe gələcək turizm sezonuna ümidlidir

Dünya İrsi siyahısına daxil olan Göbeklitepenin istifadəyə verilməsindən sonra artmaqda davam edən ziyarətçi sayı 2021ci il üçün də ümid qaynağı olub.

1508895
Göbeklitepe gələcək turizm sezonuna ümidlidir

Şanlıurfa şəhərində 12 min illik tarixi ilə "tarixin sıfır nöqtəsi" olaraq xarakterizə edilən və Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Dünya İrsi siyahısına daxil olan Göbeklitepenin istifadəyə verilməsindən sonra artmaqda davam edən ziyarətçi sayı 2021.ci il üçün də ümid qaynağı olub.
Hər il çox sayda yerli və xarici turistin ziyarət etdiyi Göbeklitepe tarixi yer Prezident Rəcəb Tayyib Ərdoğanın 2019-cu ili "Göbeklitepe ili" elan etməsindən sonra keçən il turizmdəki "qızıl dövrünü" yaşadı.
Ziyarətçi sayının xeyli artdığı tarixi yerdə 2019-cu ildə 412 min 378 nəfəri qəbul etdərək rekord qırıldı.
Koronavirus epidemiyası səbəbiylə 2020-ci ildə təxminən 3 ay ziyarətçilərə bağlanan Göbeklitepe Mədəniyyət və Turizm Nazirliyinin virtual muzey tətbiqi çərçivəsində epidemiya dövründə ən çox ziyarət edilən arxeoloji sahə oldu.
1 iyundan başlayan normallaşma prosesi ilə Göbeklitepe qonaqlarını maskalar, sosial məsafə və gigiyena qaydalarına uyğun qəbul etməyə başladı.
Təxminən 3 aylıq bir fasilədən sonra yenidən qapılarını ziyarətçilərin üzünə açan Göbeklitepeni əvvəllər gündəlik 70-80 adam ziyarət edərkən, bu rəqəm iş günləri gündəlik minə, son 2 ayda həftə sonları isə 2 minə çatıb və bu da 2021-ci il üçün rekord qırılacağı ümidini verib.



Әlaqәli Xәbәrlәr