AzTV “Diriliş Ertuğrul” serialını yayımlayacaq

Azərbaycan Televiziyası Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer almış “Diriliş Ertuğrul” teleserialını yayımlayacaq.

1497361
AzTV “Diriliş Ertuğrul” serialını yayımlayacaq

Azərbaycan Televiziyası Türkiyədə reytinq siyahılarında hər zaman ilk pillələrdə yer almış “Diriliş Ertuğrul” teleserialını yayımlayacaq.

2014-cü ildən TRT-də yayımlanmağa başlamış serialın ssenarisi Mehmet Bozdağa aiddir. Filmdə baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevik çəkilib. “Diriliş Ertuğrul”da azərbaycanlı aktrisa Könül Nağıyeva da rol alıb. O bu filmdəki roluna görə “Kapalı çarşı” jurnalı tərəfindən “Ən yaxşı xarici aktrisa” mükafatına layiq görülüb.

Serialın ilk seriyasının yayımlandığı günün AB qrupu üzrə reytinq sıralamasında birinci sırada olub. 

“Diriliş Ertuğrul”un hekayəsi XIII əsrdə Ərtoğrul Qazinin Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsi və Osmanlı bəyliyinin qurulma dövrü haqqındadır. Film 150 bölümdən ibarətdir. 

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə , TV serialın lizensiyasını alıb. Artıq filmin Azərbaycan dilinə tərcümə və dublyajına da başlanılıb. 

Dublyaj bitdikdən sonra serial həftəiçi hər gün AzTV-də efirə veriləcək.



Әlaqәli Xәbәrlәr