Antalyada ‘‘Patara İli Konserti’’ keçirildi

Antalyanın Kaş qәsәbәsindәki  Patara antik şəhər teatrında "Patara İli’’ münasibәtilә konserti keçirildi.

1480461
Antalyada ‘‘Patara İli Konserti’’ keçirildi

 

Antalyanın Kaş qәsәbәsindәki  Patara antik şəhərindəki  teatrda "Patara İli’’ münasibәtilә konserti keçirildi.

Prezident Rəcəb Tayyib Ərdoğanın 2020-ci ili "Patara ili" elan etməsindən sonra antik  şəhərdə aparılan bərpa işlərindən sonra təşkil olunan ilk konsertdə tarixi teatrda simfonik musiqilər sәslәndirildi.

Antalya Dövlət Simfonik Orkestrinin dirijoru Oğuzhan Kavrukun rəhbərliyi ilə dünya musiqi nümunələrinin sәslәndirildiyi "Patara İl Konseri" ndə  dünya şöhrətli DJ Burak Yeter ilə La Casa De Papel  serialının musiqisini səsləndirən Cecilia Krull da sәnәtsevәlәrin ruhunu oxşadı.

Burak Yeter və onu müşayiət edən sənətçilər Türkiyə bayrağını açaraq  Mustafa Kamal Atatürkü  mahnılarla yad etdilər.

Konsertdən sonra qonaqlar sənətçiləri uzun müddət alqışladılar.



Әlaqәli Xәbәrlәr