Eskişehir vilayəti ərazilərində 5 min illik boya palitrası tapıldı

Küllüoba qazıntı fəaliyyətlərində daşdan hazırlanmış 5 min illik boya palitrası gün işığına çıxarılıb.

1480002
Eskişehir vilayəti ərazilərində 5 min illik boya palitrası tapıldı

Eskişehir vilayətinin Seyitgazi qəsəbəsində 1996-cı ildən bəri davam edən Küllüoba qazıntı fəaliyyətlərində daşdan hazırlanmış 5 min illik boya palitrası gün işığına çıxarılıb.
Eradan əvvəl 3500-1900-cü illərdə Tunc dövründə 1600 il fasiləsiz məskunlaşmış həyatın olduğu bölgənin tarixini işıqlandırmaq üçün işlər görülür.
Bilecik Şeyh Edebali Universitetinin (BŞEÜ) rəhbərliyi ilə Çukurova, Batman və Hacettepe universitetlərinin müəllim və tələbələrindən ibarət 30 nəfərlik bir qrup Mədəni İrs və Muzeylər Ümumi Müdirliyinin icazəsinə uyğun olaraq Küllüoba kurqanında başlanan qazıntı işlərində vəzifə icra edir.
Tunc dövrünün izləri Seyitgazi rayon mərkəzindən 15 kilometr şimal-şərqdə yerləşən, uzunluğu 350 metr və eni 150 metr olan kurqanda axtarılır. 
Kurqanın şərqində və qərbindəaparılan araşdırmalarda dövrün evlərindən birində tapılan 5 min illik palitrandan qabların rənglənməsi üçün istifadə edildiyi güman edilir.



Әlaqәli Xәbәrlәr