İzmir şəhərində gün işığına çıxarılan üç min illik qalıqlar

Qazıntılarda hamamın yanında "sağlamlıq və müalicə mərkəzi" olaraq istifadə edilən bir gminaziyaya aid olduğu düşünülən qalıqlar aşkarlanıb.

1471061
İzmir şəhərində gün işığına çıxarılan üç min illik qalıqlar

İzmir şəhərinin 3000 illik tarixinin qalıqlarını özündə cəmləşdirən Smyrna Qədim Şəhərin aqorasındakı qazıntılar zamanı hamamın yanında "sağlamlıq və müalicə mərkəzi" olaraq istifadə edilən bir gminaziyaya aid olduğu düşünülən qalıqlar aşkarlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə İzimir Katip Çelebi Universiteti tərəfindən İkiçeşmelikdəki qazıntı ərazisindəki Smyrna Antik Şəhəri çərçivəsində davam edən fəaliyyətlər minlərlə il əvvəlin həyat tərzini gün işığına çıxarır.
Qazıntı heyəti liman şəhəri olaraq tanınmış ərazidə hamamın yanında fiziki, sosial və mədəniyyət məqsədlər üçün istifadə edilən bir binanın qalıqlarını tapıb.
Roma imperatoru Hadrian dövründən, II əsrdən bu günə gəlib çıxan qalıqların səhiyyə və müalicə mərkəzi olan gimnaziyaya aid olduğu güman edilir. 



Әlaqәli Xәbәrlәr