Tyanada 4-cü əsrə aid səkkizbucaqlı kilsə aşkarlandı

Arxeoloji Qazıntı İşləri heyətinin başçısı, Aksaray Universiteti Arxeologiya bölümünün müəllimi dosent Osman Doğanay sözügedən mövzu ilə bağlı deyib

1469684
Tyanada 4-cü əsrə aid səkkizbucaqlı kilsə aşkarlandı

 

  Türkiyənin Niyde (Niğde) rayonunun Kemerhisar qəsəbəsindəki Tyana antik şəhərində davam edən qazıntı işlərində 4-cü əsrə aid səkkizbucaqlı kilsə və o dövrə aid sikkələr tapılıb.

  Arxeoloji Qazıntı İşləri heyətinin başçısı, Aksaray Universiteti Arxeologiya bölümünün müəllimi dosent Osman Doğanay sözügedən mövzu ilə bağlı deyib: “Tyana antik şəhərindəki qazıntı işləri 2001-ci ildə İtaliya elmi qrupu tərəfindən başlandı. Bu il qazıntı işləri Prezident Aparatının qərarıyla yeni tip korona virusu (Covid-19) epidemiyası ilə əlaqədar kiçik bir qrupla davam etdi. Tyana antik şəhərinin tarixləndirilməsində əhəmiyyətli yer tutan sikkələr tapdıq. Sikkələrin 4-cü əsrin əvvələrinə aid olduğunu düşünürük. Beləliklə, sütunlu divarlar və su kəmərlərin istehsal tarixiylə əlaqədar əlimizdə dəlil oldu. Qazıntı işlərində mühüm tapıntı həm də səkkizbucaqlı kilsədir. Anadoluda belə çox az nümunə var. Bu kilsə Kapadokya bölgəsində bu ölçüdə tək nümunədir. Kilsənin tarixi ilə bağlı tərəddüdlərimiz var idi, amma indi ərazidən tapılan sikkələr sayəsində kilsənin 4-cü əsrə aid olduğunu təsdiq edirik."



Әlaqәli Xәbәrlәr