Türkiyənin mifoloji adası qonaqlarını qarşılamağa başladı

Ada "Amazon qadınları", "Qızıl dəri axtarışı zamanı Heraklın ada ilə qarşılaşması" kimi mifoloji rəvayətlərilə tanınır

1469457
Türkiyənin mifoloji adası qonaqlarını qarşılamağa başladı
Giresun adası_01.jpg

 

  Mifoloji və tarixi abidələrilə diqqət çəkən Giresun adası qonaqlarını qarşılamağa başladı.

  Şərqi Qaradənizdə üzərində insanların yaşadığı tək ada olan Giresun adasına gedənlər Bizans məzarları, tarixi sütunlar, monastır xarabası və şapel kimi tarixi məkanları yaxından görür, özlərini antik dövrdə hiss edirlər. Ada "Amazon qadınları", "Qızıl dəri axtarışı zamanı Heraklın ada ilə qarşılaşması" kimi mifoloji rəvayətlərilə tanınır. Bundan başqa, çox sayda quş növünə ev sahibliyi edən Giresun adasında karabatak və qağayılar diqqət çəkir.

  Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Dünya Mirası Müvəqqəti Siyahısına qeydiyyat üçün Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müraciətindən sonra Giresun adasında abadlaşdırma işləri gedir.



Әlaqәli Xәbәrlәr