Antaliyada 1700 illik qadın heykəli tapıldı

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Arxeoloji Qazıntılar şöbəsindən sosial media üzərindən verilən məlumatda bildirilir ki...

1462718
Antaliyada 1700 illik qadın heykəli tapıldı

 

  Türkiyənin Antaliya şəhərinin Aksu qəsəbəsindəki Perge antik şəhərində 1700 illik qadın heykəli tapılıb.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Arxeoloji Qazıntılar şöbəsindən sosial media üzərindən verilən məlumatda bildirilir ki, İstanbul Universiteti Ədəbiyyat fakültəsi arxeologiya şöbəsinin professoru Sedef Çokay Kepçenin başçılığı ilə Pergedə aparılan qazıntılarda Helenistik qüllələr qarşısında 2020-ci ilin ilk heykəli gün işığına çıxıb. 3-cü əsr geyimli qadın heykəli bərpa işlərindən sonra Antaliya muzeyində sərgilənəcək.



Әlaqәli Xәbәrlәr