Fazıl Say Alman Klassik Musiqi Mükafatına namizəd göstərildi

Türkiyə pianoçusu və bəstəkar Fazıl Say Alman Klassik Musiqi Mükafatına namizəd göstərilib

1460902
Fazıl Say Alman Klassik Musiqi Mükafatına namizəd göstərildi

 

  Türkiyə pianoçusu və bəstəkar Fazıl Say Alman Klassik Musiqi Mükafatına namizəd göstərilib.

  Fazıl Sayın 2 ilə tamamlayaraq bu il müsiqisevərlərə təqdim etdiyi “Bethovenin 32-ci sonatası” albomu Alman Klassik Musiqi Mükafatlarına "İlin instrumental yazısı" (Der Deutsche Klassikpreis - Opus Klassik 2020) nominasiyası üzrə namizəd seçilib.

  Dünyanın məşhur sənətkarları, dirijorları və klassik musiqi əsərlərinin 25 kateqoriyada namizəd göstərildiyi Almaniyanın tanınmış mükafat siyahısında qazananlar payızda elan ediləcək, mükafatlar 18 oktyabrda Berlində təqdim olunacaq.

  Fazıl Say namizəd göstərildiyini sosial media hesabından "Duyğulandım və qürurlandım" sözləri ilə bildirib.



Әlaqәli Xәbәrlәr