"Qaradənizin Zeugması" olaraq adlandırılan Hadrianaupolis antik şəhəri

"Qaradənizin Zeugması" olaraq adlandırılan Hadrianaupolis antik şəhərində ziyarətçi sıxlığı yaşanır.

1458935
"Qaradənizin Zeugması" olaraq adlandırılan Hadrianaupolis antik şəhəri

"Qaradənizin Zeugması" olaraq adlandırılan Hadrianaupolis antik şəhərində ziyarətçi sıxlığı yaşanır.

Karabükün Köhnəbazar kəndində yerləşən, heyvan və mifoloji simvolların təsvir olunduğu mozaikaları ilə məşhur olan antik şəhər karantinden sonrakı normallaşma dönəmində yenidən ziyarətçiləri qarşılamağa başlayıb.

Qazıntı işləri koordinatoru, Karabük Universiteti (KBU) Arxeoloji bölməsinin müəllimi dr. Ərsin Çelikbaş jurnalistlərə verdiyi açıqlamada Hadrianaupolisdə indiyə qədər iki hamam, iki kilsə binasi, bir müdafiə tikilisi, teatr, birtağlı ve qübbəli bina, monumental dini abidə, divarlar, villa ve digər antik tikililər kimi dağınıq halda olan digər 14 tikilinin də ortaya çıxarıldığını bildirib.

Kastamonu Muzey Müdirliyinin nəzdindəki 25 nəfərlik qrupun antik şəhərdə qazıntı işlərini davam etdirdiyini vurğulayan Ərsin Çelikbaş bildirib: "Hadrianaupolis Anadolu üçün çox əhəmiyyətli bir nöqtədədir. Miladdan öncə I yüzillikdə başlayan və dövrümüzə qədər davam edən tarixi prosesi göstərən ən önəmli ünsürdür. Turizm baxımından əhəmiyyətli bir yerdir. Minlərlə yerli və əcnəbi turist burani ziyarət edir. Məkana giriş pulsuzdur. Gələn qonaqlarımızı detallı şəkildə məlumatlandırırıq".



Әlaqәli Xәbәrlәr