Patara antik şəhərində tarix və sənət bir arada
Patara Antik Şəhərin tarixi məclis binasında "2020 Patara ili" tanıtım fəaliyyətinə töhfə vermək üçün onlayn konsert proqramı təşkil edilib.
Antaliyanın Kaş qəsəbəsindəki Patara Antik Şəhərin tarixi məclis binasında "2020 Patara ili" tanıtım fəaliyyətinə töhfə vermək üçün onlayn konsert proqramı təşkil edilib.
Konsert proqramı opera müğənnisi Mehmet Yenigünün ifasında səslənən mahnılarla başlayıb.
Yerli sənətçi Emre Dayıoğlunun Yörük (köçəri türklər) mədəniyyətini əks etdirən libaslarla səsləndirdiyi mahnılar isə antik şəhərdə bu mədəniyyətin küləklərini əsdirdi.
Konsert proqramı Burhan Tüzerin Türk Klassik Musiqisindən ibarət konsert proqramı ilə başa çatıb.
Antalya Böyükşəhər Bələdiyyə başçısı Muhittin Böcek bütün tarix şəhərlərinin tanıdılması üçün "Tarix sənətlə görüşür" fəaliyyətinə start verdiklərini ifadə edib.
"Bu ilin Patara ili elan olunması səbəbindən Cənab Prezidentimizə, mədəniyyət və turizm, xarici işlər nazirlərimizə və keçmiş valimizə təşəkkür edirəm" ifadəsini səsləndirib.
Konsert proqramı Antalya Böyükşəhər Bələdiyyəsinin sosial şəbəkə saytında və yerli bir televiziya kanallarından birində canlı yayımlanıb.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...