İspaniyanın tanınmış yazıçısı həyatdan köçdü

Bu barədə “Planeta” nəşriyyatı özünün “Twitter” səhifəsində yazıb

1439779
İspaniyanın tanınmış yazıçısı həyatdan köçdü

 

  İspaniyanın tanınmış yazıçısı Karlos Ruis Safon (Carlos Ruiz Zafón) 55 yaşında dünyasını dəyişib. Bu barədə “Planeta” nəşriyyatı özünün “Twitter” səhifəsində yazıb.

  KİV-lərin yaydığı məlumata görə, yazıçı uzun sürən xəstəlikdən sonra Los-Ancelesdə vəfat edib.

  Karlos Ruis Safon 1964-cü ildə Barselonada dünyaya gəlib. Bədii karyerasına 1993-cü ildə yeniyetmələr üçün yazdığı mistik kitablardan başlayıb. 2001-ci ildə çap etdirdiyi “Küləyin kölgəsi” romanı (La sombra del viento) 30-dan çox dilə tərcümə olunaraq 15 milyon tirajla yayımlanıb. Müəllifin digər məşhur əsərlərindən “Mələyin oyunu” (El juego del angel, 2008) və “Səma məhbusu” (El prisionero del cielo, 2011) romanları böyük marağa səbəb olub.



Әlaqәli Xәbәrlәr