Türkiyədə ölkədaxili turizm hərəkətliliyi başlandı

Dənizi, qumu, günəşi qədər təbii gözəllikləri, antik şəhərləri və əsrarəngiz guşələrilə önə çıxan Antaliyada daxili xətt uçuşları və məhdudlaşdırmaların aradan qaldırılmasıyla bir canlanma başlanıb

1436429
Türkiyədə ölkədaxili turizm hərəkətliliyi başlandı

 

  Dənizi, qumu, günəşi qədər təbii gözəllikləri, antik şəhərləri və əsrarəngiz guşələrilə önə çıxan Antaliyada daxili xətt uçuşları və məhdudlaşdırmaların aradan qaldırılmasıyla bir canlanma başlanıb.

  Aralıq dənizi Turistik Otelçilər və İnzibatçılar Birliyinin (AKTOB) rəhbəri Yağçı deyib: “Daxili turizm dövrünə girdik. Səyahət qadağası və məhdudlaşdırmalar aradan qaldırıldıqdan sonra uçuşlar başlandı. Bununla əlaqədar, xüsusilə, daxili turizmin iyul ayından çoxalacağı gözlənilir. Çünki rezervasiyalar artmaqdadır. Bəzi otellər açılıb, əksəriyyəti isə 16 iyundan başlayacaq. Xarici turizm isə beynəlxalq uçuşlara bağlıdır. Bizdə qonaqlar üçün hər şey hazırdır. Beynəlxalq uçuş tarixləri dəqiqləşdikcə xarici turizm hərəkətliliyi də başlayacaq."

  Professional Otel İdarəçiləri Dərnəyinin sədri Ülkay Atmaca da sözügedən mövzu ilə bağlı bunları söylədi: “Əsas sıxlığın Almaniyadan olacağını düşünürük. Türkiyəyə ilk turistlər isə bu il Ukrayna, Belarus və Qazaxıstandan gələcək. Daxili turizmdən sonra xarici bazarın hərəkətlənməsi üçün “charter” uçuşları da lazımdır."



Әlaqәli Xәbәrlәr