Beynəlxalq Köç Filmləri Festivalı

Türkiyə saatı ilə 14 iyun saat 20.00-da başlayacaq açılış mərasimi festivalın internet saytı və sosial mediadan birbaşa translyasiya ediləcək

1435639
Beynəlxalq Köç Filmləri Festivalı

 

  Türkiyə Prezident Aparatının himayəsi, Daxili İşlər Nazirliyi İmmiqrasiya İdarəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığında festivalın açılış mərasimi 3D virtual studiyada reallaşdırılacaq.

  Qaziantepdə edilməsi planlaşdırılan, ancaq yeni tip korona virusu (Covid-19) epidemiyası səbəbindən təxirə salınan festivalın açılışında artırılmış gerçəklik texnologiyasıyla şəhərin tarixi Məcidiyə Xan görüntüləri virtual səhnə olaraq istifadə ediləcək.

  Açılış nitqlərini daxili işlər naziri Süleyman Soylu ilə mədəniyyət və turizm naziri Məmməd Nuru Ersoy söyləyəcəklər.

  Festival üçün "Fəxri mükafat" (Onur Ödülü) və "Hədsiz yaxşılıq mükafatı" (Sınırsız İyilik Ödülü) təyin edilib.

  Münsiflər heyəti dünyanın tanınmış simalarıdır.

  Beynəlxalq Köç Filmləri Festivalında “Bədii film”, UNİCEF Beynəlxalq Qısametrajlı Film və “Eyni gəmi qısa film” adları ilə üç kateqoriya üzrə 45 film nümayiş etdiriləcək.

  Dünyanın dörd bir tərəfindən 20-dən çox kino sənətçisinin rəqəmsal olaraq bir araya gəldiyi açılış gecəsində xüsusi alətlərlə səsləndirilən "Qaziantəp yolunda" mahnısı təqdim olunacaq.

  Türkiyə saatı ilə 14 iyun saat 20.00-da başlayacaq açılış mərasimi festivalın internet saytı və sosial mediadan birbaşa translyasiya ediləcək.

  Beynəlxalq Köç Filmləri Festivalı İngiltərənin “Stonehenge” abidəsi ilə Türkiyənin Göbeklitəpə mirasının rəqəmsal harmoniyası yaradılan virtual səhnədə 21 iyunda bağlanış mərasimiylə sona çatacaq.



Әlaqәli Xәbәrlәr