"İtaliyalıları Türkiyədə görməkdən məmnunuq", M.Çavuşoğlu

İtaliyanın tanınmış “Il Messaggero” qəzetinə göndərdiyi məktubda nazir yazıb...

1434096
"İtaliyalıları Türkiyədə görməkdən məmnunuq", M.Çavuşoğlu
İstanbul.jpg
İzmir.jpg
turistler-antik kent.jpg

 

  Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya turistlərini yenə gözlədiklərini bildirib.

  İtaliyanın tanınmış “Il Messaggero” qəzetinə göndərdiyi məktubda nazir yazıb: “İtaliyadan Türkiyəyə gələn turist sayındakı artımdan məmnuniyyət duyuruq. Keçən il 377 min italiyalı dostumuz tətilini ölkəmizdə keçirdi. Bu il, İtaliya kimi, biz də turizm baxımından çətin bir dövrdən keçirik. Ancaq gördüyümüz uğurlu tədbirlərin sonunda italiyalıları yenidən qarşılamaq istəyirik.

  Yeni tip korona virusu (Covid-19) Türkiyədə müvəffəqiyyətlə idarə altına alındı. Artıq pilləli olaraq beynəlxalq uçuşlara başladıq. Turizmə və turistləri qəbul etməyə açığıq. Bu baxımdan yay tətillərini xaricdə keçirməyi düşünən dostlarımız ən gec avqust ayından Türkiyəyə rahatca gələ, İstanbul, İzmir və Antaliya kimi şəhərlərdə qarşılana və istirahət edə biləcəklər.  

  Təbiətdən mədəniyyətə, mətbəxdən sənətə kimi ölkəmizin turizm sektorunun təqdim etdiyi bütün imkan, maraq və gözəlliklərini qonaqlara tam mənasıyla yaşada bilmək üçün hər birinizi Türkiyədə gözləyirik."



Әlaqәli Xәbәrlәr