Sibir və Orta Şərqdən Əfqanıstana qədər uzanan coğrafiyada iki gəncin sevgisi

... Bu eşq bəzən bir qatır yüklü bomba, bəzən laboratoriyada istehsal edilən virusla məhv edilmək istənilir

1400615
Sibir və Orta Şərqdən Əfqanıstana qədər uzanan coğrafiyada iki gəncin sevgisi

 

  Bu kitabın müəllifi tanınmış jurnalist, yazıçı, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtahtıdır.

  “Nisgil” bədii əsərini Anadolu türkcəsinə çevirən Metin Yıldırım kitabla bağlı təəssüratlarını belə bölüşür: “Sabir Şahtahtı Azərbaycan xalqının XX əsrdə yaşadığı problemləri ustalıqla əks etdirərək Sovet və İran kəşfiyyatlarının amansız işgəncə metodlarını göstərir. Bütün bu ölüm qorxuları və agentlər arasında Sibir və Orta Şərq bataqlıqlarından Əfqanıstana qədər uzanan coğrafiyada iki gəncin sevgisi var. Bu eşq bəzən bir qatır yüklü bomba, bəzən laboratoriyada istehsal edilən virusla məhv edilmək istənilir. Əsərdə təkcə iki gəncin bir-birinə məhəbbətindən, yaxınlığından söz getmir, onların qəlbində simvollaşan Vətən və bayraq sevgisi başdadır. “Nisgil”i oxuyun, amma nisgiliniz olmasın həyatda!”



Әlaqәli Xәbәrlәr