İraq Türkmən Cəbhəsi TİKA-ya təşəkkür etdi

İraq Türkmən Cəbhəsinin (ITC) başçısı Erşat Salehi 2018-ci ildə Kərkükdə baş verən yanğında xarab olan Osmanlı irsi Kayseri bazar yerinin təmirini tamamlayan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) təşəkkür edib.

1378594

Erşat Salehi mətbuata verdiyi açıqlamada TİKA-nın bazarın təmiri üçün təlimat verən prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Bu dəstəyin həmrəylik mesajı olduğuna diqqət çəkən Salehi qonşu ölkə Türkiyənin heç zaman İraq xalqı və Türkmənləri tək qoymadığını vurğulayıb.
Salehi Türkiyənin atdığı bu addımın İraqdakı yüzlərlə tarixi əsərin yenidən təmiri üçün İraq hökumətinə nümunə olmasını da istəyib. 
Qeyd edək ki, 26 noyabr 2018-ci il tarixində Kərkükün mərkəzində yerləşən və Osmanlı İmperiyası dövründə inşa edilən tarixi Kayseri bazar yerində yanğın baş verdi və bir çox iş yerinə yanğın səbəbiylə ciddi ziyan dəydi.

Әlaqәli Xәbәrlәr