Urmiyanın rəngləri türkün folklorunda

Yaxınlarda Ankarada növbəti nağıllar və hekayələr kitabı (Meral Aydın, “Kuşlar Söyledi Çocuklar Dinledi'') işıq üzü gördü. Rəsimləri Cənubi Azərbaycanın Urmiya şəhərindən olan gənc rəssam xanıma məxsusdur.

1378415
Urmiyanın rəngləri türkün folklorunda

 

  Yaxınlarda Ankarada növbəti nağıllar və hekayələr kitabı (Meral Aydın, “Kuşlar Söyledi Çocuklar Dinledi'') işıq üzü gördü. Rəsimləri Cənubi Azərbaycanın Urmiya şəhərindən olan gənc rəssam xanıma məxsusdur.

  Türk folkloru, xalq sənəti araşdırmaçısı, rəssam və gənc yazıçı Türnaz Altınsoy TRT/Azerbaycan saytına verdiyi eksklüziv müsahibədə mövzu ilə bağlı məlumat verərək dedi: “Mən sənətçi bir ailədə dünyaya gəlmişəm. Bəlkə buna görədir ki, uşaqlıqdan rəssamlıqa iç-içə olmuş, özümü yaınız rənglər aləminin içində görmüşəm. Elə buna görə də ilk universitet təhsilimi miniatür sənəti üzrə aldım: 2009-cu ildə İrandan Türkiyəyə gələrək Türk Xalq Sənəti üzrə Ankara Hacettepe Universitetində bakalavr və magistratura təhsillərini alıb-bitirdim. Ümumtürk xalq ədəbiyyatı, folklor və mifologiyasını dərindən öyrənməklə məşğul olan Türnaz Altınsoy təxəyyülündən ilham alaraq nağıl kitabları üçün xarakterlər yaradıb, oxucuları rənglərin görüntülü dünyasına aparır.

  Akçağ nəşriyyatında Mehrap İnanın “Evvel Zaman Sen Masala” (2018), US Yayınları nəşriyyatında isə Meral Aydının “Kuşlar Söyledi Çocuklar Dinledi'' (2020) nağıl və hekayə kitablarının şəkil dizaynlarını edən rəssam bundan başqa öz xəyal dünyasından ilhamlanaraq yazdığı hekayələrə onlarla şəkil çəkib ki, onları tammalayıb bir kitab halında oxucularına təqdim edəcək.



Әlaqәli Xәbәrlәr