Ayşe Filiz Yavuzun növbəti kitabının təqdimatı keçirildi

Türkiyənin tanınmış həkimlərindən olan Ayşe Filiz Yavuzun “Pak Türkün hanımı Maria” adlı bədii kitabının imza günü keçirilib.

1378090
Ayşe Filiz Yavuzun növbəti kitabının təqdimatı keçirildi

 

  Bu günlərdə Türkiyənin paytaxtı Ankara şəhərində 14-cü Ankara Kitab Sərgisi təşkil edildi. Sərgi günləri çərçivəsində Türk Ocaqları Dərnəyinin baş direktor müavini, professor, Ankara Yıldırım Bəyazit Universiteti Tibb fakültəsi Qadın Xəstəlikləri Doğum bölümünün rəhbəri Ayşe Filiz Yavuzun “Pak Türk'ün karısı Maria” adlı yeni kitabının imza mərasimi oldu. Fərqli mövzularda olan hekayələrdən ibarət kitabın adı da içərisindəki bir əsərdən götürülüb. Bu hekayə Qaqauz türkü olan bir qadının həyatından bəhs edir.

  Müəllifin bildirdiyinə görə, əsərlərində real hadisələrlə yanaşı, özünün fantaziyaları da yer alıb. Lakin hər fantaziyada, hər xəyalda da bir gerçək vardır. Bu barədə Ayşe Filiz deyir: “Əsərlərimdə baş verən hadisələrin çoxu gerçək həyatdan götürülüb. Ancaq reallıqları cəlbedici etmək üçün yazıçı təxəyyülü yardıma gəlir. Mən də bunu etmişəm”.

  Qeyd edək ki, Ayşe Filiz Yavuzun bu günə qədər “Cehiz sandığı”, “Güldür üzümü, mövzu dərin”, “Bir Avropa boyu yol”, “Bir az kül, bir az duman”, “Tarixin tozlu səhifələrindən Rizədə sağlamlıq”, “Sevginin adı Rizə” adlı altı kitabın müəllifidir. Kuşlukta Yazıçılar Ədəbiyyat Cəmiyyətinin üzvü olan yazıçı həm də “Günəş doğmadan” adlı kitabın redaktorudur. Onun “Türk yurdu”, “Kurqan” kimi ədəbiyyat jurnallarında yazıları da çap olunur.



Әlaqәli Xәbәrlәr