Tanınmış yemək yazıçıları və deqüstatorlar Kırşehirdə oldu

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Tanıtma şöbəsi qastronomiya turizmini inkişaf etdirmək və tanıtmaq üçün gördüyü işlər çərçivəsində məşhur yemək yazıçıları və deqüstatorları Kırşehirdə bir araya gətirib.

1374209

  Kırşehir Mədəniyyət və Turizm şöbəsinin müdir müavini Eyüp Temur Ağalar Evində təşkil olunan proqramda etdiyi çıxışı zamanı deyib:

  “Dünyaşphrətli yemək yazıçıları və qurmeləri İstanbul və Nevşehirdən sonra Kırşehirə gətirdik. Bir-birindən yemək və şirniyyatın fotoşəkil və reseptlərini alaraq fikir mübadiləsi edən, təcrübələrini bölüşən bu mütəxəssilər bunları həm də video və sosial media üzərindən paylaşaraq təqdim edəcəklər. Qonaqlar Türkiyənin xüsusilə Höşmerim, Kaman qozu, Kırşehir pəkməzi, Ahi halvası, quru bibər və yerli digər ləzzətlərinə heyran qaldılar”.

  Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin 2020-ci ili "Türkiyə mətbəxi ili" elan etməsi çərçivəsində dünyanın yemək yazıçılarına Türkiyə və yerli yeməkləri tanıdılır.

Әlaqәli Xәbәrlәr