Özbəkistan “Uzbuild-2020” sərgisinə ev sahibliyi edir

Özbəkistanın paytaxtı Daşkənddə təşkil edilən 21-ci Beynəlxalq İnşaat Sərgisində (Uzbuild-2020 ) xeyli sayda Türk şirkətlər iştirak edir.

1366231
Özbəkistan “Uzbuild-2020” sərgisinə ev sahibliyi edir

Daşkənddəki Uzekspomarker Sərgi Mərkəzində təşkil edilən yarmarkada 30 ölkədən 400-dən çox şirkət qatılıb ki bunlardan 129-u Türk şirkətidir.

Tikinti və örtmə materialları, daxili dizayn, qapılar, pəncərələr və fasadlar, inşaat maşınları, avadanlıqlar, keramika və örtmə daşları, daşınmaz əmlak və ev tikintisi, memarlıq və dekorativ dizayn, bağ, sənaye obyektlərinin tikintisi, yol və yaşayış tikintisi kimi bölmələrdən təşkil tapan sərgidə iştirak edən Türk şirkətlərə Özbəkistan tikinti sektorunun üzvləri və digər iştirakçılar ciddi maraq göstərirlər. Yarmarka fevralın 28-nə dək ziyarətə açıq olacaq.



Әlaqәli Xәbәrlәr