Türk Dünyası Opera Ulduzları Serbiyanın paytaxtı Belqradda konsert verdi

Konsert Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Yunis Əmrə İnstitutunun (YƏİ) əməkdaşlığı ilə təşkil edildi

Türk Dünyası Opera Ulduzları Serbiyanın paytaxtı Belqradda konsert verdi

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Yunis Əmrə İnstitutunun (YƏİ) əməkdaşlığı ilə Qazaq ziyalısı Abay Kunanbayevin anadan olduğunun 175-ci illiyinə hərs olunmuş anım tədbirliri çərçivəsində verilən konsertdə Türk dünyasından əsərlər ifa edildi.

Paytaxt şəhərdəki Ilija Kolarac Salonunda təşkil edilən konsertə, Türkiyənin Belqrad səfiri Tanju Bilgiç, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və YƏİ Belqrad direktoru Fəxri Akdoğan ilə çox sayda dəvətli iştirak etdi.

Konsertdə Türkmənistanı Rustam Rahmedov, Azərbaycanı soprano Fəridə Məmmədova, Qazaxıstanı soprano Zhupar Gabdullina, bariton Talqat Kuzenbayev, dombra sənətçisi Zhanarqul Sarkenova və Türkiyəni qanun sənətçisi Əhməd Baran təmsil etdi.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan sonra Belqradda çıxış edən opera ulduzları dünən gecəki konsertlə turnirini tamamladı.

 

 



Әlaqәli Xәbәrlәr