Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişdi

Onun ölümü barədə oğlu, məşhur aktyor Maykl Duqlas sosial şəbəkə vasitəsilə  açıqlama verib.

1354491
Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişdi

Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.

Onun ölümü barədə oğlu, məşhur aktyor Maykl Duqlas sosial şəbəkə vasitəsilə  açıqlama verib. 

"Qardaşlarım və mən dərin kədərlə Kirk Duqlas 103 yaşında dünyasını dəyişdiyini elan edirik" deyə Duqlas bildirib. 

Kirk Duqlas (İser Daniloviç-red) kinoda çoxsaylı rollarla məşhurdur. O, "Spartak" və "Detektiv tarixi" filmlərində rol oynayıb. 

Kirk Duqlas on kitab yazıb. Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir.

3 dəfə "Oscar" mükafatlarına namizəd göstərilən Duqlas 1996-ci ildə bu mükafata layiq görülüb.



Әlaqәli Xәbәrlәr