“Grammy” musiqi mükafatları təqdim olundu

Musiqi dünyasının “Oskar”ı kimi tanınmış “Grammy” musiqi mükafatları təqdim olundu.

1348231
“Grammy” musiqi mükafatları təqdim olundu
62. grammy odulleri4.jpg
62. grammy odulleri3.jpg
62. grammy odulleri2.jpg
62. grammy odulleri1.jpg
62. grammy odulleri.jpg

Musiqi dünyasının “Oskar”ı kimi tanınmış “Grammy” musiqi mükafatları təqdim olundu.

18 yaşlı Billi Ayliş beş nominasiyada qalib gəldi.

Gənc müğənninin “Bad Guy” mahnısı “İlin mahnısı” kateqoriyasında qalib gəldi.

Bundan başqa, Ayliş eyni mahnıya görə “İlin səs yazısı”, “When We All Fall Asleep, Where Do We Go?” albomuna görə “İlin albomu” və “İlin yeni müğənnisi” nominasiyalarında qalib gəldi.

Aparıcılığını ABŞ-lı müğənni Alisa Keysin apardığı mərasimin açılış hissəsində helikopter qəzasında həyatını itərən ABŞ-lı məşhur basketbolçu Kobe Braynt da xatırlandı.

Estrada müğənnisi Lizzo açılışdakı konsertinə “Bu gecə sənin üçün Kobe” sözlərilə başladı.

Keçmiş ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama da “Grammy” mükafatına layiq görüldü. Xanım Obamanın “Becoming” adlı kitabının səsli versiyası “Ən yaxşı şifahi albom” mükafatını qazandı.  

“İlin klipi” kateqoriyasında Lil Nas X və Billi Rey Sayrusun “Old Town Road” klipi üstün olub.



Әlaqәli Xәbәrlәr