İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov deyir...

1347383
İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab
Tahir_Əmiraslanov.jpg
İrəvan_.jpg

  “İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab hazırlamışıq və həmin kitabda ermənilərin milli mətbəximizdən bəzi xörəkləri öz adlarına çıxardıqları da öz əksini tapıb”.

  Bu sözləri Azertac xəbərlər agentliyinə müsahibəsində Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov deyib. O həm də məlumat verərək bildirib: “Bakı mətbəxində istifadə olunan xörəklərdən ibarət yeni kitab üzərində də işləyirik. Gürcüstan və Dərbənddə yaşayan soydaşlarımızın milli mətbəx nümunələri də maraq doğurur və onlar haqqında məlumatları toplamağa başlamışıq”.

  T.Əmiraslanov onu da qeyd edib ki, regionlarımızın mətbəxi bir-birinə yaxın olsa da, qohumluq əlaqələri nəticəsində bəzi nümunələrdə müəyyən qarışıqlıq halları var. Əlbəttə, bu da istər-istəməz həmin xörəklərin dadına da təsirsiz ötüşmür.



Әlaqәli Xәbәrlәr