İstanbulda Etnospor Mədəniyyət Festivalı və Sərgisi

Beyoğlu Bələdiyyəsində açılan Etnospor Mədəniyyət Festivalı Fotoşəkil Yarışı Sərgisi 11 fevrala qədər davam edəcək.

1347061
İstanbulda Etnospor Mədəniyyət Festivalı və Sərgisi

 

  Etnospor Mədəniyyət Festivalının maraqlı anlarını əks etdirən kadrlar İstanbuldakı sərgidə bir araya toplandı.

  Beyoğlu rayonunda açılan Etnospor Mədəniyyət Festivalı Fotoşəkil Yarışı Sərgisi seyr edənlərə gözəl təəsürratlar yaradır.

  Dünya Etnospor Konfederasiyası atlı cirit, oxçuluq, güləş, kökbörü kimi ənənəvi türk idman növlərinin gələcək nəsillərə ötürülməsi üçün var qüvvəsiylə çalışır.

  Hər festivalda olduğu kimi, bu il də 5 fərqli kateqoriya üzrə çox sayda fotoqrafın qatıldığı bir yarış təşkil edilib. Qiymətləndirilən 85 əsərin rəssamı sərgidə bir araya gəlib.

  Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan açılışda çıxış  edərək deyib: "Xalqların öz mədəniyyətlərinə sahib çıxması dünyanın mədəni zənginliyi və rəngarəng gözəlliyin qorunması deməkdir."

  Beyoğlu Bələdiyyəsində açılan Etnospor Mədəniyyət Festivalı Fotoşəkil Yarışı Sərgisi 11 fevrala qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr