70-ci Beynəlxalq Berlin Film Festivalının münsiflər heyətinin sədri açıqlandı

20 Fevral - 1 Mart 2020 tarixləri arasında  təşkil ediləcək 70-ci Beynəlxalq Berlin Film Festivalının (Berlinale) münsiflər heyətinin sədri məşhur İngilis aktyor Jeremy Irons oldu.

1338683
70-ci Beynəlxalq Berlin Film Festivalının münsiflər heyətinin sədri açıqlandı

 

“Berlinale” idarə heyətindən yayılan açıqlamada bildirilib ki, festivalın münsiflər heyətinə 71 yaşlı Oscar mükafatlı film və teatr aktyoru Jeremy Ironsun rəhbərlik edəcək.

Xatırladaq ki, bir çox filmdə oynayan Jeremy Ironsun 1991-ci ildə “Reversal of Fortune” filmindəki roluna görə ən yaxşı aktyor Oscar mükafatına layiq görüldü.

70-ci “Berlinale”-də nümayiş olunacaq filmlər hələ açıqlanmayıb. Məlumata görə Festivalın proqramı 29 yanvarda ictimaiyyətlə bölüşüləcək.



Әlaqәli Xәbәrlәr