"Naim: Cep Herkülü" filmi yanvarın 2-də Avropada nümayiş olunacaq

Türkiyənin idman tarixinə damğasını vuran Naim Süleymanoğlunun həyatını təqdim edən "Naim: Cep Herkülü" filmi yanvarın 2-də Avropada nümayiş olunacaq.

1332494
"Naim: Cep Herkülü" filmi yanvarın 2-də Avropada nümayiş olunacaq

Türkiyənin idman tarixinə damğasını vuran Naim Süleymanoğlunun həyatını təqdim edən "Naim: Cep Herkülü" filmi yanvarın 2-də Avropada nümayiş olunacaq.

Türkiyənin idman tarixində iz buraxan və iki il əvvəl həyatını itirən ağır atlet Naim Süleymanoğlu filmi həyatının bir hissəsi olacaq və İngiltərə, Fransa, Belçika, Danimarka, Hollandiya, Avstriya və Almaniyada kino həvəskarları üçün namiyiş olunacaq.

Dünyanın ən yaxşı idmançısı seçilən Naim Süleymanoğlu karyerasında 47 dünya rekordu, 6 Avropa çempionatı və 7 dünya çempionatı əldə edib. Üç Olimpiya qızıl medalını da qazanıb. Öz çəkisindən 3 dəfə çox qaldıra bilən yeganə idmançı olan Süleymanoğlu 15 yaşında ikən dünya rekordu qırıb.

2 yanvar 2020-ci ildə film İngiltərənin paytaxtı Londonda, Fransanın paytaxtı Paris ilə Burgua-Jallieu, Bretigny-sur-Orge, Fenouillet, Lomme, Lyon, Metz, Mulhouse, Nancy, Nimes, Paris, Rouen və Thionvilledə nümayişdə olacaq.

Avstriyada Vyana, Bregenz və Lustenau, Hollandiyada Amsterdam, Den Haag, Deventer, Rotterdam, Schiedam, Tilburg və Vlaardingen, Belçikada Brüssel və Antverpen, Danimarkada və Almaniyada Augsburg, Berlin, Bielefeld, Bochum, Bremen, Darmstadt, Dortmund, Duisburg, Dusseldorf, Essen, Frankfurt, Gelsenkirchen, Hamburg, Hamm, Hannover, Heidelberg, Karlsruhe, Kassel, Kehl, Köln, Krefeld, Mannheim, Mannheim, Mannheim, Mannheim, Mannheim , Neufahrn b. Freising, Nürnberg, Offenbach, Sindelfingen, Ştutqart, Wetzlar, Wuppertalda da film nümayişdə olacaq.

Qeyd edək ki, ciyər çatışmazlığından əziyyət çəkən məşhur idmançı müalicə olunduğu xəstəxanada  18  noyabr 2017-ci ildə dünyasını dəyişib.

 



Әlaqәli Xәbәrlәr