Beynəlxalq Qısametrajlı Film Festivalı Qırğızıstanda keçirildi

Qırğızıstanın ev sahibliyi etdiyi 9-cu Beynəlxalq Qısametrajlı Film Festivalındə mükafat qazananlar bəlli oldu.

1324191
Beynəlxalq Qısametrajlı Film Festivalı Qırğızıstanda  keçirildi

12-15 tarixləri arasında Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə Qırğızıstan Kinorejissorları Assosiasiyasının dəstəyilə keçirilən film festivalına Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələr başda olmaqala Baltikyanı ölkələr və Gürcüstandan 14 film iştirak etdi.

Qısametrajlı filmləri təşviq etmək, bu sahədəki inkişafa dəstək olmaq və keyfiyyətli filmləri izləyicilərə çatdırmaq məqsədi təşkil edilən beynəlxalq qısametrajlı film festivalında , Litvalı rejissor Adriana Rozenin "Komanda və Mən" filmi "ən yaxşı qısametrajlı film" mükafatını qazandı.

Ukraynalı rejissor Marina Roşina “Xoşbəxtlikdə və təkcə xoşbəxtlikdə” filmi ilə ən yaxşı görüntü mükafatına layiq görüldü. Rusiyalı rejissor Maksim Kapyanın, “Qaranlıqda” qısametrajlı filmi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif edildi. Müsabiqədə mükafat qazanan gənc rejissorlara 750 dollar verildi.

2020-ci ildə 10-cu təşkil ediləcək beynəlxalq qısametrajlı film festivalına indiyə dək baş tutan festivala qatılmış 300 qədər rejissorun hamısı dəvət ediləcək.

Mərasimdən sonra mükafat qazanan filmlər yenidən nümayiş olundu.



Әlaqәli Xәbәrlәr