Ankarada Çingiz Aytmatovun heykəli ucaldıldı

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda isə Çingiz Aytmatov parkında məşhur yazıçının heykəlinin açılışı olub.

1322412
Ankarada Çingiz Aytmatovun heykəli ucaldıldı

 

  Türk dünyasının ortaq dəyəri, qırğız yazıcısı Çingiz Aytmatov anadan olmasının 91-ci ilində Qırğızıstanın paytaxtı Bişkekdəki məzarı başında ailəsi, həmkarları və sevənləri tərəfindən xatırlanıb.

  Ata Beyt qəbiristanlığında uyuyan Ç.Aytmatovun məzarına əklil qoyulub və yasin oxunub.

  Yazıçının həyat yoldaşı Mariya Aytmatova ürək sözlərini: "91 il əvvəl böyük insan dünyaya gəldi. Yazdığı əsərləriylə xalqını və ölkəsini dünyaya tanıtdı. Yeni nəsil də onun istedadı və əsərlərindən ilham almağa davam etməli, nəsihətlərini yerinə yetirməli, dürüst olmalı və vətəninə xidmət etməlidir", - deyə ifadə edib.

  Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda isə Çingiz Aytmatov parkında məşhur yazıçının heykəlinin açılışı olub. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yalçın Topçu,  Keçiören icra hakimi Uğur Bulut, Keçiören bələdiyyə sədri Turqut Altınok, Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbek Ömüraliyev, Qırğızıstanın Türkiyə üzrə fəxri konsulu Mustafa Kurt və başqa qonaqlar, o cümlədən mətbuat mənsubları iştirak edib.

  Xatırladaq ki, Qırğızıstanın Talas əyalətinin Şəkər kəndində 12 dekabr 1928-ci ildə dünyaya gələn Çingiz Aytmatov 2008-ci ilin may ayında Rusiya telekanalının sənədli film çəkilişləri üçün getdiyi Tatarıstanın paytaxtı Qazanda xəstələnmiş, müalicə üçün aparıldığı Almaniyada 10 iyunda həyatdan köçüb.



Әlaqәli Xәbәrlәr