Vaşinqtonda qonaqlar üçün Türkiyənin mətbəxi təbliğ edildi
ABŞ-ın paytaxtı Vaşinqtonda “Winternational Embassy Showcase” adı altında təşkil edilən beynəlxalq təqdimat günlərində Türkiyənin “simit” və qəhvəsi minlərlə iştirakçı tərəfindən rəğbətlə qarşılandı.

ABŞ-ın paytaxtı Vaşinqtonda “Winternational Embassy Showcase” adı altında təşkil edilən beynəlxalq təqdimat günlərində Türkiyənin “simit” və qəhvəsi minlərlə iştirakçı tərəfindən rəğbətlə qarşılandı.
Ronlad Reqan adına binada keçirilən və müxtəlif ölkələrin Vaşinqton səfirliklərinin yer aldığı tədbiri ABŞ Dövlət Katibliyinin məsləhətçisi Marie Roys edib.
Yunus Emre İnstitutu Vaşinqton ofisi də Trükiyənin Vaşinqton Səfirliyinin də əməkdaşlığı ilə bir stent açıb.
Türkiyəni və Türk mədəniyyətini şərh edən kitabçalarla yanaşı Türk qəhvəsi və kadayıf şirniyyatının da təqdim edildiyi stentdəki Türk “simidi” də rəğbətlə qarşılanıb.
Yunus Emre İnstitutunun Vaşinqton müdiri Halid Bulut tədbirdə 60-dan çox ölkənin qatıldığını vurğulayaraq, “ İnstitut olaraq təqribən 2,5 ildir Vaşinqtonda fəaliyyət göstəririk. Bütün imkanlardan istifadə edirik. Türkcə kurslarımız, mətbəx, kino proqramlarımız, aktual diplomatiyanın istənilən vasitəsindən istifadə edərək Amerikan ictimaiyyətinə ən düzgün şəkildə xitab etməyə səy göstəririk. Burası da bizim üçün güclü bir imkan yaratdı” deyə bildirib.
Әlaqәli Xәbәrlәr

Antalya mәşhur aktrorlara ev sahibliyi edәcәk
Turizmin paytaxtı Antalya Hollywood ulduzlarını qəbul etməyə hazırlaşır.