Türkiyə aşbazı “Yemək kitablarının Nobeli”ni qazandı

Akkorun "Ənənədən universala Osmanlı mətbəxi" və "Evdə hazırlanan dondurmalar" adlı kitabları da var.

Türkiyə aşbazı “Yemək kitablarının Nobeli”ni qazandı

 

  Türkiyə aşbazı Yunus Əmrə Akkor "Keçmişdən gələcəyə Kayseri mətbəxi" adlı kitabıyla “Yemək kitablarının Nobeli” sayılan, dünyanın ən nüfuzlu yemək kitabları müsabiqələrindən biri olan "Gourmand Cook Book Awards 2020" mükafatını qazanıb.

  Hər il İspaniyanın paytaxtı Madriddə təşkil edilən və çox sayda ölkədən minlərlə yemək kitabının yarışdığı "Gourmand World Cookbook Awards"da "Yerli mətbəx" kateqoriyası üzrə mükafat alan Akkor bu kitabıyla Çində 2020-ci ilin mayında beynəlxalq finalda Türkiyəni təmsil edəcək.

  Bundan əvvəl bacısı Zennup Penur Çakmakçı ilə birlikdə qələmə aldığı "Osmanlı dəniz mətbəxi" kitabıyla "Gourmand Cook Book Awards 2012" mükafatını qazanan Akkorun "Ənənədən universala Osmanlı mətbəxi" və "Evdə hazırlanan dondurmalar" adlı kitabları da var.



Әlaqәli Xәbәrlәr