TRT World Citizen mükafatları təqdim edildi

Türkiyə Radio Televiziya Qurumunun ictimai məsuliyyət cəhdi “TRT World Citizen” tərəfindən bu il 2-si verilən mükafatlar İstanbulda təşkil edilən mərasimlə sahiblərinə təqdib edildi.

TRT World Citizen mükafatları təqdim edildi
trt world citizen.jpg
trt world citizen.jpg
trt world citizen.jpg
trt world citizen.jpg
trt world citizen.jpg

Hümanitar işləriylə dünyanı ilhamlandıran Yusuf İslam, “Ömür Boyu Nailiyyət” mükafatına layiq görüldü. Ona mükafatı Prezident Ərdoğanın həyat yoldaşı Əminə xanım Ərdoğan verdi.

Əminə xanım Ərdoğan mərasimdəki çıxışında Türkiyənin dünyanın ən səxavətli ölkəsi olduğunu vurğuladı.

TRT-nin Baş direktoru İbrahim Əren də çıxışında TRT-nin media dünyasındaki mövqeyinə diqqət çəkdi və qlobal humanitar problemlərin həllinə töhfə vermək istədiklərini vurğuladı.

Baş direktör: “Mövcud dünya nizamına qarşı, hər platformda ‘dünya beşdən böyükdür’ sözü səsləndirilir. Bu çağırışı edənlərin başında isə ədalətli və yeni dünyanın yaranmasına rəhbərylik edən Türkiyə iştirak edir. TRT isə, Türkiyənin dövlət yayım qurumu olaraq yeni bir media və dilin yaranmasında alternativ yox, qurucu, qabaqcıl və istiqamət verən bir media quruluşu olmaq yolunda ciddi addımlarla irəliləyir”-deyə Baş direktör İbraihim Ərərn vurğulayıb.

6 kateqoriyada mükafat təqdim edilən mərasimdə Müharibə qadını mükafatına qızı ilə birlikdə sosial mediada paylaşdığı mesajlarla Hələbdəki müharibəni dünyaya elan edən Fatemah Alabad layiq görüldü.

Təhsil mükafatına Havva Adəm Muhammədə, İnformasiya mükafatı isə Əhməd Əbu Retaima, Gənclik mükafatı isə Reyhan Camalova təqdim edildi. Əhmet Əziz Vahabzadə isə ilin dünya vətəndaşı mükafatı ilə teltif edildi.

TRT-nin ən etibarlı mükafatı qəbul edilən “Ömür Boyu Nailiyyətə” isə "Sülh Qatarı" layihəsi ilə bilinən və Müsəlman olandan sonra Yusuf İslam adını götürən sənətçi və aktivist Cat Stevens layiq görüldü.

 



Әlaqәli Xәbәrlәr