Ümumtürk musiqi dünyasında bir ilk: "Türkcənin tuğları"

Türk dünyası musiqisi aşiqi və icraçısı, 40 ildir müxtəlif türk simli alətlərinin mahir ifaçısı, 15 il Dövlət Türk Dünyası Musiqi Birliyinin (Türk Dünyası Müzik Topluluğu) dirijoru olmuş İrfan Gürdal “Türkcənin tuğları” adlı növbəti musiqi albomunu təqdi

Ümumtürk musiqi dünyasında bir ilk: "Türkcənin tuğları"
Turkcenin tuğları.jpg

                                    

  Türk dünyası musiqisi aşiqi və icraçısı, 40 ildir müxtəlif türk simli alətlərinin mahir ifaçısı, 15 il Dövlət Türk Dünyası Musiqi Birliyinin (Türk Dünyası Müzik Topluluğu) dirijoru olmuş İrfan Gürdal “Türkcənin tuğları” adlı növbəti musiqi albomunu təqdim etdi.

  Orxan-Yenisey kitabələrindən, Dədə Qorqud kitabından, Qutadqu-Bilikdən, Divanı-Lügəti-Türkdən, Xoca Əhməd Yəsəvidən, Atabetül-Həqayiqdən, Aşiq Paşadan, Yunus Əmrədən, Qazi Burhanəddindən, Seyid Nəsimidən, Əlişir Nəvaidən, Şah İsmayıl Səfəvidən, Füzulidən, Mahtumkulu Fəraqidən, yəni hər biri türk mədəniyyətinin abidəsi olan qaynaqlardan gələn sözlərə İrfan Gürdalın bəstələri ilə meydana gələn bu musiqi albomu ilə bağlı ifaçı və bəstəkar bunları söyləyir:

  “Türkcənin müxtəlif dövrləri və fərqli coğrafiyalardakı zənginliyini bir arada toplama fikirini açdığım Türk Dil Qurumunun rəhbəri, hörmətli professor Gürer Gülsevinin dəstəyi ilə layihəmiz qəbul olundu. Təxminən dörd ay adlarını çəkdiyimiz əsərlərin sözlərindən seçib mahnılar bəstələdim və lent yazılarına köçürdüm. Nəticədə "Türkcənin tuğları" adlı musiqi albomu meydana gəldi. Albom ilk dəfə “2019 Qutatqu-Bilik ili” münasibətilə qurultayda təqdim edildi və bir klip nümayiş olundu.  

  Bunu xüsusi qeyd etməliyəm ki, müxtəlif türk xalqlarına aid əsərlərin sözlərinə mahnı bəstələyərkən dövrün və bölgələrin musiqi mədəniyyətinə bacardığım qədər həssas və diqqətlə yanaşmağa çalışmışam. Eyni həssaslığı muqisi alətlərində (iklığ, dombıra, dutar, saz, bağlama, kamança, rubab, tar, balaban, çimon, dəmir qopuz, doyra, kengirgə, orba və s.) olan ifalarda da göstərdim. Belə olan halda dinləyici Gültəkində Orta Asiyanı, Nəvaidə özbək dünyasını, Şah İsmayıl və Füzulidə Azərbaycanın fərqini hiss edə bilir.

  Təbii ki, "Türkcənin tuğları" musiqi albomu bir adamın məhsulu deyil. Buna görə bu fikri böyük bir həyəcanla dəstəkləyən, məni ürəkləndirən və Türk Dil Qurumuna istiqamətləndirən Jasmin Dinç Kurta öncəliklə təşəkkür edirəm. Bu albomu işlədiyim gərgin zamanlarda mənə dözən həyat yoldaşıma sonsuz minnətdaram. Alətlərdə ustalıqlarını göstərən Kutay Azkur və Burak Çakıra, aranjıman, “mix-mastering” və gitara ifralarına görə ASC studiyasının sahibi Əhməd Özgülə, albomdakı "Dilin ərdəmi" mahnısına klip çəkən rejissor dostum Alpertunga Özdemirə sonsuz təşəkkürlərimi bildirirəm.  

  Qulağa xoş gəldiyi kimi, ruha da xitab edən, bir-birindən gözəl parçalar “Türkcənin tuğları” ümumtürk dilinin mərkəzə çəkildiyi və abidə əsərlərdən seçmələrin olduğu ilk musiqi albomudur. Məncə, bundan əvvəl heç kim Orxan-Yenisey kitabələrindən hər hansı bir parçaya musiqi bəstələməyib. Davamının olmasını arzulayıram.  

  Məzmunu və formatı etibarilə də bu musiqi albomu nadir və çox qiymətlidir. Albomun bir fərqi də odur ki, satışı yoxdur. Ancaq Türk Dil Qurumu yaxınlarda albomun mahnılarını öz veb saytında qoyacaq və istəyən buradan dinləyə və köçürə bilər.

  Qeyd edək ki, İrfan Gürdal bundan əvvəl türk dünyasının dini musiqilərini işləyib "Çerağ" adlı albom hazırlayıb. Sonra “Koroğlu” dastanından müxtəlif türk dillərində olan qəhrəmanlıq mahnılarını səsləndirərək iki musiqi albomunda toplayıb. Ayrı-ayrı türk xalqlarının dillərində at və qəhrəman birgəliyini əks etdirən "Atın türküsü” musiqi albomunu buraxıb.



Әlaqәli Xәbәrlәr