Bakıda Türkiyə Filmləri Həftəsi

Noyabrın 25-də Nizami Kinoteatrında V Türkiyə Filmləri Həftəsinin açılışı oldu.

1312346
Bakıda Türkiyə Filmləri Həftəsi

 

  Noyabrın 25-də Nizami kinoteatrında V Türkiyə Filmləri Həftəsinin açılışı oldu.

  Film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yerli Düşüncə Dərnəyi və Nizami kinoteatrının dəstəyi ilə reallaşdı.

  Tədbirdə Azərbaycanın Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Türkiyə Böyük Millət Məclisinin üzvü Mətin Gündoğdu, Azərbaycanın deputatı Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və başqaları çıxış edərək iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açdılar. 

  Bakıda keçirilən Türkiyə Filmləri Həftəsi çərçivəsində kinosevərlərin maraqlı filmləri izləmək fürsəti əldə edəcəyini söyləyən çıxışçılar türk kinosunun keçdiyi tarixi inkişaf yolundan bəhs ediblər. 

   Açılış mərasimində “Locman” filminin rejissoru Şükrü Alaçam, prodüser Oya İşıl Cuhadar və aktyorlar Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, “Çaqallarla rəqs - 5" filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu və Çağla İrmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenari müəllifi Güven Adıgüzel, “Anam” filminin rejissoru Mustafa Kotan və digər incəsənət nümayəndələri olublar. 

  Sonra qonaqlar rejissor Şükrü Alaçamın “Locman” bədii filminə baxıblar.

  Qeyd edək ki, həftə ərzində - noyabrın 26-da “Locman” və “Kapan”, noyabrın 27-də “Anam” və “Çaqallarla rəqs - 5”, noyabrın 28-də “Çaqallarla rəqs - 5” və “Kapan”, noyabrın 29-da isə “Rafadan tayfa” və “Annem” bədii filmləri təqdim olunacaq.

  Yaxın gələcəkdə Türkiyə Filmləri Həftəsi çərçivəsində Azərbaycanın digər bölgələrində də bu ölkənin filmlərinin təqdimatı nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr