Məşhur aktrisa Yıldız Kenter vəfat etdi

Türkiyənin məşhur aktrisası Yıldız Kenter dünyasını dəyişdi.

1308133
Məşhur aktrisa Yıldız Kenter vəfat etdi

91 yaşlı teatr və kino ulduzunun anidən halı pisləşərək xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq Yıldız Kenterin həyatını xilas etmək mümkün olmayıb.

Onun itkisi mədəniyyət dünyasını yasa boğdu.

Dövlət sənətçisi ünvanı da olan Kenter karyerası müddətində 100-dən artıq teart oyunu, film və serialda rol alaraq həyatı boyunca səhnələdiyi rollar və sənhəyə qoyduğu əsərlərdəki qələbəsilə diqqət çəkdi.

 Prezident Rəcəb Tayyip Ərdoğan “Twitter” hesabında başsağlı statusu yazdı: “Dəyərli teatr sənətçimiz Yıldız Kenterə Allahdan rəhmət, ailəsinə, sevənlərinə və sənət dünyasına başsağlığı diləyirəm”.

Prezident müavini Fuad Oqtay da sosial şəbəkədəki paylaşmasında usta sənətçinin vəfatından dərin kədər duyduğunu dilə gətirdi.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da şəxsi “Twitter” hesabında “Sağ ol böyük usta. Səni unutmayacağıq” statusu yazdı.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə, şəxsi “Twitter” hesabında “Türk teatrının ustalarından Kenterin vəfatından dərin kədər duydum. Kenterə Allahdan rəhmət, ailəsinə, səvənlərinə və sənət dünyasına başsağlığı idləyirəm” ifadəsini işlətdi.



Әlaqәli Xәbәrlәr