YTB-nin suriyalı uşaqlar üçün təşkil etdiyi mədəniyyət tədbirləri

Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) Suriyanın şimalında terrordan təmizlənmiş “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgələrində yaşayan suriyalı uşaqlar üçün mədəniyyət tədbirləri keçirdi.

1305650

YTB 10-14 noyabrda keçirilən “Suriya Könül Coğrafiyası Mədəniyyət Görüşləri” tədbirinin ilk hissəsində “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgələrində yaşayan 500 suriyalı uşaq üçün mədəniyyət tədbirləri təşkil etdi.

Cerablusda tədbirdə iştirak edən suriyalı uşaqlar onlar üçün hazırlanan animasiya, Hacivat-Qaragöz teatrı və Rafadan Tayfa kimi nümayişlərə baxdı.

Müsabiqələrdə hədiyyələr qazanan uşaqlar, oyun parkında əyləncəli vaxt keçirdi.

Tədbirin sonunda uşaqlara müxtəlif yeməklər təqdim edildi.

Әlaqәli Xәbәrlәr