İstanbul Hava Limanı “İlin hava limanı” mükafatına layiq görüldü

İstanbul Hava Limanı (İGA) Beynəlxalq “İnternational Airport Review” jurnalının təşkil etdiyi “Reader's Choice 2019” (Oxuçuların seçimi) mükafatları yarışmasında “İlin hava limanı” mükafatına layiq görüldü.

İGA-dan verilən məlumata görə, dünyanın aviasiya sənayesinin nüfuzlu nəşrlərindən olan “International Airport Review” jurnalının oxuçularının səsləri ilə müəyyən edilən "Reader's Choice 2019” mükafatlarında güclü rəqiblərindən üstün olan İstanbul Hava Limanı mükafat qazandı.

Bir il əvvəl açılan İstanbul Hava Limanı İngiltərədəki aviasiya səhasində dünyanın ən qabaqcıl nəşrlərindən biri olan "International Airport Review” jurnalının oxuçularının səslərilə "İlin hava limanı" seçilərək beynəlxalq qurumların rəğbətini də qazandı.

Aralarında “Heathrow”, “Changi”, “Copenhagen” “Vancouver”, “Sidney” və “Hong Kong” kimi beynəlxalq hava limanlarını arxada buraxaraq mükafat qazanan İstanbul Hava Limanı Türk aviasiya sənayesinin lideri olduğunu sübut etdi.

Әlaqәli Xәbәrlәr