Yaponiyanın tarixi Şuri qalası yandı

Kyodo xəbər agentliyində yazılana görə...

1297836
Yaponiyanın tarixi Şuri qalası yandı
Şuri qalası_01.jpg
Şuri qalası_02.jpg
japonya shuri kalesi.jpg
japonya shuri kalesi1.jpg

 

 Yaponiyanın Okinava bölgəsindəki tarixi Şuri qalası yandı.

  Kyodo xəbər agentliyində yazılana görə, Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Qurumu – UNESCO-nun Dünya Mirası siyahısında olan Şuri qalası yerli vaxtla saatla 02.40 radələrində alovlara təslim olub.

  Xilasetmə qrupları yanğında qalanın Seiden əsas tikilisinin yanında olan Hokuden şimal və Nanden cənub qisimləri tamamilə kül olduğunu bildirib.

  Naha şəhərindəki qalanın təxminən 4800 kvadrat metrlik sahəsində qərar tutan 7 tikilinin hamısı yanıb.

  Səlahiyyətlilər yanğın zamanı ölən və ya yaralananın olub-olmadığını hələ müəyyənləşdirə bilməyib, ancaq qalanın ətrafında 30-dan çox adamın ərazidən müvəqqəti çıxarıldığını söyləyiblər.

  Qalanın əsas binasından başlandığı təxmin edilən yanğının çıxma səbəbi araşdırılır.

  Yaponiya Hökumət Kabinetinin baş katibi Yoshihide Suga mətbuata etdiyi şərhdə bidlirib: “Şuri qalasının Okinava üçün son dərəcə əhəmiyyətli bir simvoldur. Qalanı yenidən bərpa etmək və tikmək üçün əlimizdən gələni edəcəyik.”

  Qeyd edək ki, Ryukyu krallığı dövründə - təxminən 500 il əvvəl tikilən Şuri qalası İkinci Dünya Müharibəsi zamanı çox ziyan görsə də, bərpa edilmiş və 1992-ci ildə milli parkla birlikdə qonaqların üzünə açılmışdı.

  Şuri qala 2000-ci ildə UNESCO-nun Dünya Mirası Siyahısına salınmışdı.



Әlaqәli Xәbәrlәr