24-cü Türk Mədəniyyət və İncəsənət Festivalına start verildi

24-cü Türk Mədəniyyət və İncəsənət Festivalı ABŞ-ın Massaçussets  ştatına  bağlı Boston şəhərində keçirilir.

1297999
24-cü Türk Mədəniyyət və İncəsənət Festivalına start verildi

Festivalın   açılış   mərasiminə   Boston Bələdiyyəsi, Qubernatorluq nümayəndələri və çox sayda dəvətli  qatılıb.

2000-ci ildən Bostonda və 2001-ci ildən Massaçussetsdə keçirilən 24-cü Boston Türk Mədəniyyət və İncəsənət Festivalı açıq  elan  edən    Qurucu direktor və  New England Türk Amerikan Mədəniyyət Dərnəyinin prezidenti Ərkut Gömülü çıxışında tədbirə ənənəvi bayraq mərasimi ilə  start  vermənin  xoşbəxtliyini   yaşadığına   diqqət  çəkib.

Türkiyənin Boston baş konsulu Ceylan Ərişən  başda  olmaqla  Boston Qubernatorluğu, Bələdiyyə  sədri və Boston Məclisinin  nümayəndələri  Festivalın  açılış  mərasimindəki  çıxışları  zamanı  ABŞ Türk cəmiyyəti üzvlərinin Respublika Bayramını  təbrik  ediblər.   

Boston Bələdiyyəsində  keçirilən  festivalda   Türk musiqisi və Türk mətbəxinin təqdimatı  olub.  15 dekabra  qədər  davam  edəcək  olan  Festival  çərçivəsində türk mətbəxini tanıtmaq üçün sərgilər, film nümayişləri, konsertlər və müxtəlif proqramlar təşkil  ediləcək.

Keçiriləcək tədbirlərlə bağlı "http://www.BostonTurkishFestival.org"   ünvanında ətraflı  məlumat  əldə  edə bilərsiniz.

 



Әlaqәli Xәbәrlәr