Tuluyhan Uğurlu Daşkənddə konsert verəcək

Piyanist-bəstəkar Tuluyhan Uğurlu 29 Oktyabr Türkiyə Respublikasının yaranmasının ildönümü münasibətiylə Özbəkistanın paytaxtı Daşkənddə iki konsert verəcəkdir.

Tuluyhan Uğurlu Daşkənddə konsert verəcək

Uğurlu, ilk konsertini 29 oktyabr axşamı Türkiyənin Daşkənd səfirliyinin təşkil edəcəyi tədbirdə verəcək. O, Konsertinə "Günəş Ölkəsi Anadolu" əsəri ilə başlayacaq.

Uğurlu ikinci konsertini isə 30 oktyabrda Daşkənd Mədəniyyət və Təqdimat Ofisi tərəfindən şəhərin ən nüfuzlu məkanlarından Özbəkistan Dövlət Konservatoriyasında təşkil ediləcək tədbirdə verəcək. Sənətçinin konsertlərinə Özbəkistan rəsmiləri başda olmaqla bir çox ziyalı, sənətsevərlər, gənclər qatılacaq.



Әlaqәli Xәbәrlәr