Ankarada Hindistan Yemək Günləri

Hindistanın Ankaradakı səfirliyi tərəfindən təşkil edilən tədbirə dünə açılış mərasimiylə start verildi.

Ankarada Hindistan Yemək Günləri

Hindistanın Ankara səfiri Sanjay Bhattacharyyanın ev sahibliyi etdiyi tədbirdə hind mədəniyyətinə məxsus yeməklərin təqdimatı olub.

Səfir Bhattacharyya, xeyli sayda dəvətlinin iştirak etdiyi tədbirdəki çıxışında Hindistanın şimal, cənub və qərb bölgələrinə məxsus mətbəx mədəniyyətlərinin təqdim edildiyi tədbiri yüksək qiymətləndirib və bunun xüsusi bir tədbir olduğuna diqqət çəkib. Tədbirin davam edəcəyi müddət ərzində iştirakçılara Hindistana məxsus müxtəlif yeməklərin təqdimatına davam ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Hindistan yemək günləri 24 oktyabr tarixinə qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr