“Omar və biz” ən yaxşı film oldu

Omar və Mariya obrazlarını Türkiyədə müvəqqəti qaçqın olaraq yaşayan aktyorlar canlandırır.

1291327
“Omar və biz” ən yaxşı film oldu

 

  İki mühacirlə qonşu olmaq məcburiyyətində qalan təqaüdçü bir komandirin hekayəsini anladan "Omar və biz" Varşava Film Festivalından mükafatla qayıtdı.

  İlk dəfə tamaşaçılara təqdim edilən film festivalda bədii keyfiyyətilə yanaşı aktual mövzuya humanistcəsinə diqqət çəkdiyi üçün Beynəlxalq Münsiflər Heyətinin “Ən yaxşı film” mükafatına layiq görülüb.

  “Omar və biz” filminin Türkiyə premyerası 56-cı Antalya Qızıl Portağal Film Festivalında olacaq.

  Filmin ssenari müəllifi, rejissoru və prodüseri Mehmet Bahadur Er mövzu ilə bağlı deyib: “Yaşadığımız şərtlər, qarşılaşdığımız insanlar, onların həyat tərzləri və ya ölkələr dəyişə bilir, amma insanlıq (bəşəriyyət) dəyişməməlidir. Gəlib-keçən köç dalğası, siyasi proseslər necə olursa olsun, biz insanı mühafizə etməkdə məsuliyyət daşıyırıq. Filmin mesajı budur”.  

  Qeyd edək ki, film Türkiyə-Yunanıstan sərhədində yaşayan təqaüdçü hərbçi İsmət və həyatını xilas edən iki qaçqını evində qonaq saxlayan qonşusu Səbrinin hekayəsindən bəhs edir. Omar və Mariya obrazlarını Türkiyədə müvəqqəti qaçqın olaraq yaşayan aktyorlar canlandırır. Filmdə İsmətin başına gələnlər və düşüncələri qabarıq göstərilir.



Әlaqәli Xәbәrlәr