Yevgeni Qrinko Türkiyədə konsert verəcək

Rusiyalı musiqiçi, pianoçu və barabançı Yevgeni Qrinko Türkiyədə paytaxt Ankarada konsert verəcək.

Yevgeni Qrinko Türkiyədə konsert verəcək

 

  İyul ayından bəri Türkiyənin bir çox şəhərində pərəstişkarlarıyla görüşən məşhur musiqiçi Qrinko 8 oktyabrda Bilkent Odeonda dinləyicilərinin qarşısında olacaq.

  Avqust ayında Harbiye Cəmil Topuzlu Açıq Hava Səhnəsində konsert verən gənc sənətçiyə böyük sevgi göstərilib.

  Musiqi dünyasında "Vals" adlı mahnısı ilə şöhrət tapan sənətçinin musiqi həyatı 17 ildir davam edir. Rus mədəniyyətinin izlərini bəstələrinə əks etdirən Yevgeni Qrinko Moskva yaxınlığında yerləşən Jukovski qəsəbəsində dünyaya gəlib və uşaq yaşlarında ikən musiqi dünyasına qədəm qoyub.

  Gənc pianoçu konsertlərində 5 musiqiçisi ilə çıxış edir.



Әlaqәli Xәbәrlәr