"Türkiyədən Əsintilər" rəsim sərgisi açıldı

İordaniyanın paytaxtı Ammanın ev sahibliyi etdiyi “Türk Mədəniyyət Günləri” tədbirinə "Türkiyədən Əsintilər" rəsim sərgisi açılaraq start verildi.

1278725
"Türkiyədən Əsintilər" rəsim sərgisi açıldı

Türkiyənin Amman səfirliyi və Yunis əmrə İnstitutu əməkdaşlığı ilə təşkil edilən sərgidə rəssam Şəfqət İşlegen və Nurten Ercan Coudrainsin rəsimləri nümayiş etdirilir.

Sərginin açılış mərasimənə qatılan Türkiyənin Amman səfiri Murat Qaragöz, sərginin 2020 Türkiyə-İordaniya Qarşılıqlı Mədəniyyət İlinə hazırlıq çərçivəsində təşkil edilən Türk Mədəniyyət günləri çərçivəsindəki tədbirlərdən biri hesab edildiyini bildirib və Rəssam İşlegenin rəsimlərinin nümayiş etdirildiği belə bir sərgidə iştarakdan şad olduğunu qeyd edib.

Səfirin sözlərinə görə Türk Mədəniyyəti Günləri 5 Oktyabr tarixinə qədər davam edəcək.

Qeyd edək ki, 2020 Türkiyə-İordaniya Qarşılıqlı Mədəniyyət İlinin keçirilməsinə dair mətnə 17 Sentyabrda Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy ilə İordaniya Mədəniyyət və Gənclik naziri Məhəmməd Əbu Rümman qol çəkib.

 



Әlaqәli Xәbәrlәr