Türkiyə filmləri İordaniyada nümayiş olunacaq

İordaniyanın paytaxtı Əmmanda keçiriləcək Türkiyə kinosu günləri  “Ertuğrul 1890” filmilə start götürdü.

Türkiyə filmləri İordaniyada nümayiş olunacaq

İordaniyanın paytaxtı Əmmanda keçiriləcək Türkiyə kinosu günləri  “Ertuğrul 1890” filmilə start götürdü.

Yunus Əmrə İnstitutunun təşkil etdiyi tədbir paytaxtdakı bir otəlin kinoteatr salonunda Türk diplomatlarla yanaşı İordaniyada yaşayan Türklər, İordaniyalılar və müxtəlif ölkələrdən qonaqların iştirakı ilə başladı.

Tədbir həqiqi bir hekayəyə əsaslanan Türk-Yapon birgə əsəri “Ertuğrul 1890” filminin nümayişilə başlanıb.

Yunus Əmrə İnstitutunun müdiri Cingiz Ərdoğlu Türkiyə kinosu günlərinin 5 gün davam edəcəyini və dünya miqyasında ən məşhur Türk filmlərinin nümayiş etdiriləcəyini söyləyib.

Əroğlu tədbir çərçivəsində nümayiş olunacaq fimlər arasında “Ertuğrul 1890” filmilə yanaşı “Kardeşim Benim”, “Unutursam Fısılda”, Ali Baba və Yedi Cüceler” və “Direniş Karatay” adlı filmlərin yer aldığını bildirdi.



Әlaqәli Xәbәrlәr