Pamukkaleni üç ayda 1 milyon insan gəzdi

Travertinləri, müalicəvi termal su və qədim şəhərlər ilə Pamukkale ilin hər fəslində diqqəti cəlb edir

1263617
Pamukkaleni üç ayda 1 milyon insan gəzdi
Pamukkale.jpg
pamukkale.jpg
pamukkale antik havuz.jpg
Pamukkale 4.jpg
Pamukkale 6.jpg

Türkiyənin əhəmiyyətli turizm mərkəzlərdən olan, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya Mədəniyyət İrsi siyahısında yer alan Pamukkaleni iyun-avqust dövründə təxminən 1 milyon 100 min yerli və xarici turist gəzdi.

Travertinləri, müalicəvi termal su və qədim şəhərlər ilə Pamukkale ilin hər fəslində diqqəti cəlb edir və yay mövsümünü intensiv keçirdi.

Dünyanın hər yerindən gələn xarici turistlərə yay tətilindən istifadə edən yerli turistlər də qoşulduqda bölgədə addım atmaq üçün demək olar yer qalmadı.

2017-ci ildə 1 milyon 524 min insanın gəzdiyi Pamukkale 2018-ci ildə 2 milyon 128 min yerli və xarici turisti qonaq etdi.

Bu ilin iyun-avqust aylarında Pamukkaleyə təxminən 1 milyon 100 min turist gəldi.

İlin əvvəlindən bölgəyə gələn turistlərin sayı 1 milyon 800 minə çatdı.


Etiketlәr: #Pamukkale

Әlaqәli Xәbәrlәr