Nur-Sultan şəhərində “Asiya Yazıçılarının I Forumu” öz işinə başladı

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Yazıçılar Birliyi, Prezident Administrasiyası və Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Asiya Yazıçılarının I Forumu” öz işinə başlayıb.

1263665
Nur-Sultan şəhərində “Asiya Yazıçılarının I Forumu” öz işinə başladı
Kasim Comert Tokayev.jpg

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Yazıçılar Birliyi, Prezident Administrasiyası və Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Asiya Yazıçılarının I Forumu” öz işinə başlayıb.

Forumda ölkəmizi  Yazıçılar Birliyinin sədri Yakub Öməroğlu təmsil edir.

İlk dəfə keçirilən forum Asiya ölkələri yazarları arasında əməkdaşlığı inkişaf etdirmək, ədəbi proseslərin inkişafı ilə təcrübə mübadiləsi və Asiya ədəbiyyatının gələcəyinə dair problemlərin həllini araşdırmaq məqsədi daşıyır.

Forumda çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiya yazıçılarının ortaq elektron kitabxanasını yaratmağı və "Böyük Asiya" beynəlxalq ədəbi mükafatının təsis edilməsini təklif edib.

Forumunda 80-ə yaxın şair-yazıçı ilə yanaşı, ədəbi mükafat laureatı və tanınmış qələm adamları iştirak edir.

Foruma qatılan Türkiyə Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu "Anadolu" agentiliyinə verdiyi açıqlamada prezident Tokayevin ıortaya qoyduğu təkliflərin Asiya ədəbiyyatının gələcək illərdə öz yolunda irəliləyərək dünyada Asiya markası ilə özünü tanış etməyə hazırlaşdığını vurğuladı.

Asiya ölkələri yazıçıları arasındakı əməkdaşlığı gücləndirməyi hədəf götürən forumun ilk günündə Asiya ölkələri ədəbiyyatları və qlobal problemlər müzakirə olunur.

Foruma sentyabrın 6-da yekun vurulacaq. Forum çərçivəsində xarici ölkələrin yazıçılar birliklərilə əməkdaşlığa dair müqavilələrin imzalanacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr