25-ci Saraybosna Film Festivalının ən yaxşıları kimlər seçildi?

"Bacılar" (Kız Kardeşler) Türkiyə filminin rejissoru Emin Alper Bosniya Herseqovinada təşkil edilən 25-ci Saraybosna Film Festivalında ən yaxşı rejissor seçilərək “Saraybosnanın ürəyi” mükafatını qazanıb.

1257227
25-ci Saraybosna Film Festivalının ən yaxşıları kimlər seçildi?

  "Bacılar" (Kız Kardeşler) Türkiyə filminin rejissoru Emin Alper Bosniya Herseqovinada təşkil edilən 25-ci Saraybosna Film Festivalında "Ən yaxşı rejissor" seçilərək “Saraybosnanın ürəyi” mükafatını qazanıb.

  Mükafatlar sahiblərinə ölkənin tarixi Milli Teatr Binasında təşkil keçirilən mərasimlə təqdim edilib.

  Bosniya Herseqovinadan olan rejissor Ena Sendijarevicin "Take me somewhere nice" filmi “Ən yaxşı uzunmetrajlı film”, azərbaycanlı Hilal Baydarovun "When the persimmons grew" filmi isə “Ən yaxşı sənədli film” mükafatlarına layiq görülüb.

  Serbiyalı rejissor Stefan Djordjevicin "The last image of father" filmi “Ən yaxşı qısametrajlı film”, başqa bir serbiyalı rejissor Nikola Stojanovicin "Sherbet" filmi isə “Ən yaxşı tələbə filmi” seçilib.

  “Ən yaxşı rejissor” "Bacılar" filmiylə Emin Alper, “Ən yaxşı aktrisa” "Rounds" filmindəki roluyla İrini Jambonas, “Ən yaxşı aktyor” isə "And then we danced" filmindəki roluyla Levan Gelbakhiani olub.

  E.Alper mükafatalmanın qürurverici olduğunu ifadə edərək: "Hamıya təşəkkür edirəm. Nə vaxt çağırsanız, gələrəm", - deyib.

  Qeyd edək ki, müxtəlif aktyor, aktrisa, rejissor və prodüserləri bir araya gətirən festival çərçivəsində bu il 270 film nümayiş etdirilib.

  16 avqustda başlayan festival ayın 23-də sona çatıb.



Әlaqәli Xәbәrlәr